🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp İranla bağlı dəniz blokadası ehtimalını gündəmə gətirib

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İrana qarşı dəniz blokadasının tətbiq oluna biləcəyi ilə bağlı iddiaların yer aldığı məqaləni paylaşıb.
Məlumata görə, İslamabadda ABŞ–İran danışıqları razılaşma əldə olunmadan başa çatdıqdan sonra Truth Social platformasında paylaşım edən Tramp, İranın ABŞ-ın tələblərini qəbul etməyəcəyi halda Vaşinqtonun dəniz blokadası tətbiq edə biləcəyi barədə “Just the News” nəşrində dərc olunan materialı gündəmə gətirib.
Məqalədə qeyd olunur ki, belə bir addım İran iqtisadiyyatına ciddi təsir göstərə bilər və ölkənin neft ixracından asılı olan Çin və Hindistan kimi dövlətlərə də əlavə təzyiq yarada bilər.
Həmçinin yazıda iddia edilir ki, bu cür yanaşma Trampın əvvəlki “blokada strategiyasını” xatırladır və keçmişdə tətbiq edilən dəniz blokadasının Venesuela iqtisadiyyatını çökdürdüyü, 2026-cı ilin yanvarında isə Venesuela lideri Nicolás Maduro ilə bağlı ABŞ tərəfindən atılan addımla nəticələndiyi bildirilir.
Qeyd edək ki, məlumat “Just the News” nəşrində dərc olunan məqaləyə istinadən yayılıb və rəsmi təsdiq edilməyib.