Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Sabunçu rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, çağırışla əlaqədar olaraq qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində mənzildə aşkarlanan bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Hadisənin təfərrüatları araşdırılır.
