🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Manlleuda yaşayış binasında faciəvi yanğın: 5 gənc həyatını itirib

Azərbaycan.media xəbər verir ki, İspaniyanın Kataloniya bölgəsində, Manlleu şəhərində beş mərtəbəli yaşayış binasında yanğın baş verib.

Xarici KİV-lərə istinadən xəbər verilir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Yanğınsöndürənlər həyatını itirənlərin hamısının gənc olduğunu bildiriblər.

Məlumata görə, yanğın binanın damındakı, yaşayış məqsədilə istifadə olunan anbarda başlayıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibbi qruplar cəlb edilib.

Polis yanğının səbəblərini müəyyən etmək üçün araşdırmaya başlayıb.