Azərbaycan.media xəbər verir ki, bu gündən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatına start verilir.
Məlumata görə, imtahanlarda iştirak üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) fevralın 18-dən martın 5-dək aparılacaq.
Bildirilib ki, əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.
