🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fransada daşqınlar 100 min hektardan çox ərazini su altında qoyub

Azərbaycan.media xəbər verir ki, Fransanın cənub-qərbində davam edən güclü daşqınlar nəticəsində 100 min hektardan artıq ərazi su altında qalıb. Məlumatı Belta agentliyi yayıb.

Bildirilir ki, daşqınlar bir aydan çoxdur davam edir. Ən çox zərər görən ərazilər Qaronna çayı, Luara çayıŞaranta çayı vadilərində yerləşən rayonlardır.

Fevralın 17-nə olan məlumata əsasən, Fransanın qərbində Men-i-Luara departamenti, eləcə də cənub-qərbdə Jironda departamentiLo-i-Qaronna departamenti ərazilərində “qırmızı” təhlükə səviyyəsi elan olunub. Daha 11 departamentdə isə “narıncı” təhlükə səviyyəsi qüvvədədir.

Subasmış bölgələrdən əhalinin təxliyəsi davam edir. Hazırda 1,6 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.