🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qərb ölkələrində “YouTube”un fəaliyyətində genişmiqyaslı nasazlıq

Azərbaycan.media xəbər verir ki, Qərb ölkələrində istifadəçilər YouTube platformasının işində yaranan problemlərlə bağlı kütləvi şəkildə şikayətlər ediblər.

Məlumata görə, nasazlıq faktı Downdetector monitorinq xidmətinin göstəricilərində də əksini tapıb.

Ən çox müraciət ABŞ sakinlərindən daxil olub — 320 mindən çox. Platformanın məlumatına əsasən, istifadəçilərin 18 faizi sayta girişdə çətinliklərlə üzləşdiyini, 16 faizi videoların axınlı yayımında problemlər yarandığını bildirib. Şikayətçilərin 56 faizi isə mobil tətbiqin qeyri-düzgün işlədiyini qeyd edib.

Eyni zamanda, Böyük Britaniya, Almaniya, İtaliyaFransa ərazilərində də “YouTube”a girişdə çətinliklər müşahidə olunub. Böyük Britaniyadan 37 mindən çox, Almaniyadan təxminən 7 min, İtaliyadan isə 5 mindən artıq şikayət qeydə alınıb.