🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hikmət Hacıyev: Azərbaycan və Serbiya interregional əməkdaşlıqda strateji rol oynayır

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Serbiyanın interregional əməkdaşlığı ilə bağlı paylaşım edib.

Diplomat bu barədə “X” sosial media hesabında yazıb.

Hikmət Hacıyev bildirib:

“Azərbaycan və Serbiya strateji tərədaşlar və yüksələn orta güclər kimi interregional əməkdaşlıqda da mühüm rol oynayırlar — Azərbaycan Cənubi Qafqazda və daha geniş Xəzər hövzəsində, Serbiya isə Balkanlarda yerləşir.

Zəngəzur Dəhlizi / TRIPP təşəbbüsü daha geniş Xəzər və Mərkəzi Asiya ilə Balkan regionları arasında əlaqəliliyin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır.”