🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yanvarda Azərbaycanda 5376 ölüm faktı qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, cari ilin yanvar ayında Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən 5376 şəxsin ölümü qeyd olunub.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Nazirlik məlumat verib.

Bildirilib ki, ölənlərin 2548-i qadın, 2828-i isə kişi olub.

Məlumatda yaş qrupları üzrə vəziyyət belə göstərilib:

  • 1 yaşadək: 32 nəfər

  • 1–5 yaş: 15 nəfər

  • 5–10 yaş: 7 nəfər

  • 10–18 yaş: 28 nəfər

  • 18–25 yaş: 31 nəfər

  • 25–35 yaş: 80 nəfər

  • 35–55 yaş: 529 nəfər

  • 55 yaşdan yuxarı: qalan şəxslər