🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xətai rayonunda çoxmərtəbəli binada yanğın – sakinlər təxliyə olunub

Azərbaycan.media xəbər verir ki, Bakının Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in müdaxiləsi nəticəsində onaltımərtəbəli binanın səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində başlayan yanğın genişlənmədən və digər mənzillərə yayılmadan qısa müddətdə söndürülüb.

Yanğın zamanı ümumi sahəsi 128 kv.m olan üçotaqlı mənzilin mətbəxində 3 p.m. mətbəx mebeli və məişət əşyaları yanıb. Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından qorunub.