🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ruben Vardanyanla bağlı cinayət işi üzrə məhkəmə iclası fevralın 17-də davam etdiriləcək

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, eləcə də digər ağır cinayətlər üzrə ittiham olunan Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə açıq məhkəmə iclası fevralın 17-də davam etdiriləcək.

Bu barədə Bakı Hərbi Məhkəməsi xəbər verib. Qeyd olunur ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan olunmuş və məhkəmə heyəti müşavirəyə getmişdi.

Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2, 107, 109, 110, 112, 113, 114.1, 115.2, 116.0.1–116.0.18, 120.2.1–120.2.12, 29, 192.3.1, 214.2.1–214.2.4, 214-1, 218.1, 218.2, 228.3, 270-1.2, 270-1.4, 278.1, 279.1–279.3 və 318.2-ci maddələri ilə ittiham olunur. Bu maddələr müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayətlər, qəsdən adam öldürmə, terrorçuluq, qanunsuz silah saxlama və digər ağır cinayətlərə aiddir.

Xatırladılır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunan digər Ermənistan vətəndaşları – Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin məhkəmə işləri fevralın 5-də başa çatıb.

Qeyd olunur ki, həmin proses ötən il yanvarın 17-də başlayıb və bir ildən çox davam edib, yekun məhkəmə qərarı (hökm) bu il fevralın 5-də elan olunub.