🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Britni Spirs musiqi kataloqunu 200 milyon dollara satıb

Azərbaycan.media xəbər verir ki, 2000-ci illərin əvvəllərində “pop musiqisinin şahzadəsi” kimi tanınan, lakin yaşadığı psixoloji problemlər səbəbindən karyerasına fasilə verən məşhur müğənni Britni Spirs musiqi kataloqunu satıb.

44 yaşlı müğənni bütün musiqi kataloqunu musiqi naşiri “Primary Wave” şirkətinə 200 milyon dollara satıb.

Spirsin kataloqunda doqquz studiya albomu yer alır və sənətçi dünyada 150 milyondan çox albom satıb.

Xatırladaq ki, uzun illər atası ilə davam edən qəyyumluq mübarizəsində qalib gələn Spirs, 2024-cü ilin yanvar ayında verdiyi müsahibədə musiqi sənayesinə geri qayıtmayacağını açıqlamışdı.

Azərbaycan.media xəbər verir ki, 2000-ci illərin əvvəllərində “pop musiqisinin şahzadəsi” kimi tanınan, lakin yaşadığı psixoloji problemlər səbəbindən karyerasına fasilə verən məşhur müğənni Britni Spirs musiqi kataloqunu satıb.

525.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 44 yaşlı müğənni bütün musiqi kataloqunu musiqi naşiri “Primary Wave” şirkətinə 200 milyon dollara satıb.