Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 50 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğın nəticəsində bir otağın döşəməsi 0,5 m² sahədə, dam örtüyünün taxta atmaları isə 10 m² sahədə yanıb, yüksək temperaturdan mətbəx mebeli qismən qarsalanıb.
Yanğın yerində aparılan kəşfiyyat zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
