Azərbaycan.media xəbər verir ki, Tayvan sahillərində yerli vaxtla 06:27-də (Bakı vaxtı ilə 02:27) 5,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri 31 min əhalisi olan Hençun şəhərindən 180 km məsafədə, 15 km dərinlikdə yerləşib.
Hazırda dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
