🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Marlen Mamataliyev Qırğızıstan parlamentinin yeni spikeri seçildi

Azərbaycan.media xəbər verir ki, Marlen Mamataliyev Qırğızıstan parlamentinin spikeri vəzifəsinə seçilib.

APA-nın Qırğızıstan mediasına istinadən verdiyi məlumata görə, gizli səsvermədə 83 deputat iştirak edib. Onun namizədliyini 77 deputat dəstəkləyib, 5 deputat əleyhinə səs verib, bir səs isə etibarsız sayılıb.

Xatırladaq ki, Qırğızıstan parlamentinin əvvəlki spikeri Nurlanbek Turqunbek uulu istefa verib. APA xəbər verir ki, o, bu qərarı şəxsi iradəsi ilə, xarici təzyiq olmadan qəbul edib:

“Ölkədə baş verən siyasi hadisələrlə əlaqədar olaraq bildirirəm ki, mən bir və ya iki nəfərə deyil, xalqa, dövlətə və parlamentə xidmət edirəm. Öz istəyimlə istefaya getmək qərarına gəldim”, – spiker bildirib.

Məlumata görə, spikerin istefası Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevin vəzifəsindən azad edilməsindən sonra müzakirə mövzusu olub.