🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanı ilə danışığının səs yazısı yayıldı

Azərbaycan.media xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanının əməkdaşı ilə telefon danışığının səs yazısı yayılıb. Məlumat Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yayımladığı videomaterialda öz əksini tapıb.

Səs yazısında Ramiz Mehdiyev Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təkliflərin olduğunu və bu təkliflərin qarşı tərəf üçün maraqlı ola biləcəyini bildirib. O, həmin təklifləri elektron poçt vasitəsilə göndərəcəyini də qeyd edib.

Xarici xüsusi xidmət orqanın qadın əməkdaşı isə təkliflərə “bu sizin öz işinizdir” cavabını verib. Ramiz Mehdiyev isə təkidlə təkliflərini dostlarına, yəni xarici xüsusi xidmət orqanlarının rəhbərlərinə çatdırmaq üçün müəyyən bir üsuldan istifadə etməyin vacibliyini vurğulayıb.