🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabah Bakıda və Abşeronda hava əsasən yağmursuz olacaq

Azərbaycan.media xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa düşəcək, nisbi rütubət isə gecə 70-80%, gündüz 50-60% olacaq.

Ölkənin rayonlarında isə hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti olacaq, dağlarda isə gecə 3-8° şaxta, gündüz 5-10° isti proqnozlaşdırılır.

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.