🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dilarə Əliyeva 20 kiloqram arıqlamasından danışdı: “Plastik əməliyyata ehtiyac yoxdur”

Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva Axşam.az-a açıqlamasında son günlər arıqlaması ilə bağlı sualları cavablandırıb.

Aktrisa bildirib ki, 20 kiloqram arıqlamasına baxmayaraq sağlamlığını qoruyur:
“Həkimlər üzərimdə ciddi çalışır. Hər on gündən bir analiz verirəm, nə qədər əzələ, nə qədər yağ itirmişəm, vitamin dəyərlərim yoxlanılır. Detoks və vitaminlər tətbiq olunur.”

D.Əliyeva qeyd edib ki, arıqlama prosesi zamanı plastik əməliyyat barədə düşünmür:
“Kosmetoloqum da nəzarətdədir ki, üz dərimdə problem olmasın. Çox doğru və peşəkarlarla yola çıxmışam. Özüm də nəticədən şokdayam. Bu yola çıxmağıma səbəb səhhətimdəki problemlər oldu. Yayda həkimə getdim: qaraciyərdə piylənmə, insulin dirəncim vardı və kökəlirdim. Yeməyimə nəzarət edə bilmirdim, bəzən ürəyim bulanırdı.”

Aktrisa əlavə edib ki, ətrafını şoka salıb:
“20 kiloqram arıqlamışam, amma heç bir plastik əməliyyata ehtiyacım yoxdur.”

Dilarə Əliyeva həmçinin Xalq artisti Afaq Bəşirqızı ilə eyni layihədə yer almasını da yüksək qiymətləndirib:
“Onunla bir layihədə olmaq sadəcə zövqdür. Afaq Bəşirqızı o qədər sevgidoludur, ətrafına diqqətlidir ki… Çəkilişdə bizi utandırır: nəsə bişirir, alıb gətirir, kimsə bikef olanda soruşur. Eyni zamanda onun peşəkarlığından faydalanırıq. Elə bir gün yoxdur ki, onun səsini eşitməyim. Çox qayğıkeşdir.”