Azərbaycan.media xəbər verir ki, Kürdəmir rayonunun Sığırlı kəndində evə basqın hadisəsi baş verib.
Hadisə zamanı 28 yaşlı Rüfət Mirzəyev (ad və soyad şərtidir) həmkəndlisi, 66 yaşlı Gülçöhrə Əzimovanın (ad və soyad şərtidir) evinə daxil olmaq istəyəndə qadın müqavimət göstərib. R. Mirzəyev qadına zərbələr vurub, qadın isə huşunu itirərək yıxılıb. Kənd sakinləri Rüfəti saxlayaraq polisə təhvil veriblər.
Zərərçəkən qadın bildirib ki, o, həyat yoldaşının 2002-ci ildə vəfatından sonra tək yaşayır və övladı yoxdur. Təqsirləndirilən şəxsin valideyni onun psixi problemləri olduğunu, psixiatriya müəssisəsində müalicə aldığını bildirib. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, R. Mirzəyev hadisələri qavrama qabiliyyətinə malikdir və məcburi müalicəyə ehtiyacı yoxdur.
Kürdəmir rayon Məhkəməsinin qərarı ilə R. Mirzəyev barəsində amnistiya aktı tətbiq olunub və o məsuliyyətdən azad edilib.
