🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Politoloq: Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası münasibətləri yeni mərhələyə çıxaracaq

Azərbaycan.media xəbər verir ki, politoloq İlqar Vəlizadə ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı imzalanan Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının iki ölkə münasibətlərinə ciddi təsir göstərəcəyini bildirib.

O qeyd edib ki, Xartiyada tərəflərin daha sıx siyasi dialoq qurması və məsləhətləşmələrin mütəmadi aparılması nəzərdə tutulur. “İndiyə qədər Azərbaycan-ABŞ münasibətləri əsasən epizodik dialoqlar əsasında inkişaf edirdi. Xartiya bu durğunluğu aradan qaldıracaq”, – deyə Vəlizadə bildirib.

Politoloq səfər öncəsi ABŞ-dən Azərbaycana gəlmiş geniş nümayəndə heyətlərinə də toxunub. Onun sözlərinə görə, bu, münasibətlərin yalnız siyasi müstəvidə olmadığını, həm də iqtisadi maraqlar və digər sahələri əhatə etdiyini göstərir.

İ.Vəlizadə əlavə edib ki, indi Azərbaycanın əsas məqsədi 907-ci düzəlişin ləğvi və ikitərəfli münasibətlərin normal şəkildə inkişaf etməsidir.