🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ərəb Parlamentinin nümayəndə heyəti Fəxri xiyaban və Zəfər parkını ziyarət edib

 

Azərbaycan.media xəbər verir ki, Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılığı altında nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib.

Milli Məclisdən verilən məlumata görə, qonaqlar Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını da ziyarət edib, abidə önünə əklil qoyub. Qonaqlara park barədə məlumat verilib, onun Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin yaddaşlarda yaşadılması və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradıldığı bildirilib.

Ziyarət zamanı nümayəndə heyətinə Milli Məclisin sədr müavini Musa Qasımlı və digər rəsmi şəxslər müşayiət ediblər.