🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xətai rayonunda yaşayış binasında yanğın söndürülüb

Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Cavanşir küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırışla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Görülən operativ tədbirlər nəticəsində binanın üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN qüvvələri tərəfindən təxliyə olunub.