🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mirzə Mirzəyev Dövlət Vergi Xidmətindəki vəzifəsindən azad edilib

Azərbaycan.media xəbər verir ki, Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi Mirzə Mirzəyev vəzifəsindən azad olunub.

O, 2024-cü ilin aprel ayından sözügedən vəzifədə çalışırdı.

Qeyd edək ki, Mirzə Mirzəyev Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.