🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda icbari sığortalanan daşınmaz əmlakların sayı 200 minə yaxınlaşıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda icbari qaydada sığortalanan daşınmaz əmlakların sayı təxminən 200 minə çatıb. Bu barədə İcbari Sığorta Bürosunun departament direktoru İslam İsmayılov məlumat verib.

Onun sözlərinə görə, daşınmaz əmlakın istismarı ilə bağlı qüvvədə olan icbari sığorta (DAİMMİS) üzrə şəhadətnamələrin sayı 22 min, daşınmaz əmlakın icbari sığortası (DAİS) üzrə isə 192 min 355 təşkil edir.

Bildirilib ki, statistik göstəricilərə əsasən, standart icbari avtonəqliyyat sığortası üzrə verilmiş şəhadətnamələrin sayı 1 milyon 617 min 677-yə bərabərdir.

Eyni zamanda, sərhəd sığortası üzrə 45 min 275, “Yaşıl Kart” sığortası üzrə isə 6 min 547 şəhadətnamə qeydə alınıb.