Azərbaycan.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron yeni Avropa təhlükəsizlik arxitekturasının Rusiyanın iştirakı ilə qurulmasının vacibliyini bildirib.
O, bu fikirləri İspaniyanın “El País” qəzetinə verdiyi müsahibəsində səsləndirib. Makron qeyd edib ki, Avropada uzunmüddətli təhlükəsizliyin təmin olunması üçün Rusiya amili nəzərə alınmalıdır.
Fransa Prezidenti eyni zamanda bir sıra avropalı həmkarlarına Rusiya ilə dialoqun bərpa olunmasını təklif etdiyini də vurğulayıb.
