🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vüqar Bayramov: Son iki ildə Azərbaycan iqtisadiyyatında 6 milyard manatlıq yeni dəyər formalaşıb

Azərbaycan.media xəbər verir ki, son iki ildə Azərbaycan iqtisadiyyatı 5 faiz böyüyüb və son seçkilərdən sonra ölkədə 6 milyard manatlıq yeni iqtisadi dəyər yaranıb. Bu barədə deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Deputatın sözlərinə görə, ötən iki il ərzində ümumi daxili məhsulun (ÜDM) həcmi 123 milyard manatdan 129,1 milyard manatadək artıb. O qeyd edib ki, Zəfər seçkisindən sonra əvvəlki illərdə olduğu kimi, Azərbaycanda sosial təminat tədbirlərinin daha da dərinləşdirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə yeni sosial paket həyata keçirilib.

V.Bayramov bildirib ki, yalnız son iki ildə dövlət büdcəsindən sosial istiqamətə 32,7 milyard manat vəsait ayrılıb. Onun sözlərinə görə, 2026-cı ildə isə sosial sahəyə 17,1 milyard manatın ayrılması nəzərdə tutulur.

Deputat çıxışında dünən Prezident tərəfindən imzalanan Sərəncama da toxunaraq bildirib ki, bu sənəd əsasında 1,1 milyona yaxın vətəndaşın pensiyaları artırılıb.