Azərbaycan.media xəbər verir ki, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə Heydər Məscidində vida mərasimi təşkil olunub.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Fəzail Ağamalı ötən gün Türkiyədə vəfat edib. Vida mərasimindən sonra mərhumun nəşi dəfn olunması üçün Sabunçu rayonu Ramana qəbiristanlığına aparılıb.
F.Ağamalı Ramana qəbiristanlığında torpağa tapşırılacaq.
