Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 2500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən verilən məlumata görə, fevralın 10-da qəsəbənin Gecəqondu ərazisində yerləşən diametri 159 mm olan yeraltı qaz xəttində aşkar edilən sızmaların aradan qaldırılması məqsədilə saat 13:00-dan etibarən təmir-bərpa işlərinə başlanılacaq.
Təmir işləri aparılan müddətdə ərazidə yerləşən 2500 abonentin qaz təchizatı dayandırılacaq. Bildirilib ki, qazın verilişi işlər başa çatdırıldıqdan sonra bərpa ediləcək.
