Azərbaycan.media xəbər verir ki, paytaxt Bakının bir sıra əsas yol və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac müşahidə olunur:
-
Babək prospekti – mərkəz istiqamətində;
-
Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində;
-
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
-
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
-
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
-
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
-
Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
-
Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;
-
28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;
-
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
-
Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;
-
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Koroğlu Rəhimov küçəsi – akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
-
Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində;
-
Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
-
Aeroport şosesi – “Koroğlu” metro stansiyası istiqamətində.
Sürücülərə alternativ yollardan istifadə etmələri və hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.
