Azərbaycan.media xəbər verir ki, Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə “Ədəbiyyat qəzeti”nin bir qrup əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.
Təltif olunanlar arasında “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, baş redaktor müavini Adil Cəmil, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri Elnarə Akimova, şöbə redaktorları Sərvaz Hüseynoğlu və Aydınxan Əbilov yer alır.
Qeyd edək ki, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilib. Medal milli mətbuatın inkişafında xidmətləri olan jurnalist və media nümayəndələrinin əməyinin qiymətləndirilməsi məqsədi daşıyır.

Azərbaycan.media
