🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hələbdə silahlı toqquşmalar: dərslər dayandırıldı, dövlət idarələri bağlandı

Azərbaycan.media xəbər verir ki, Suriyanın Hələb şəhərində Suriya ordusu ilə “Suriya Demokratik Qüvvələri” (SDQ) qruplaşmasının döyüşçüləri arasında baş verən toqquşmalar səbəbindən təhsil prosesi dayandırılıb, dövlət qurumlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.

 “Əl-Vətən” qəzeti bu barədə Hələb qubernatoru Əzzam əl-Qəribin açıqlamasına istinadən xəbər yayıb.

Məlumata əsasən, irimiqyaslı silahlı qarşıdurmaların davam etməsi fonunda Suriya hakimiyyəti 23 dekabr tarixində Hələb şəhərindəki bütün təhsil müəssisələrinin və dövlət idarələrinin fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarı verib.

Qubernator Əzzam əl-Qərib əhalini vəziyyət sabitləşənədək kütləvi tədbirlərdən, o cümlədən Milad bayramı ilə bağlı şənliklərdən çəkinməyə çağırıb.