Azərbaycan.media xəbər verir ki, Nyu-York Ticarət Birjasının bölməsi olan “Comex” birjasında 2025-ci ilin fevral ayında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti yeni rekord səviyyəyə çatıb.
Bu barədə ticarət platformasının yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, qızıl fyuçerslərinin qiyməti troy unsiyası üçün 4500 dollardan yuxarı qalxıb. Saat 04:13-ə olan göstəricilərə görə, qızılın qiyməti troy unsiyası üçün 4500,2 dollar təşkil edib ki, bu da 2,57 faiz artım deməkdir.
Saat 04:31-də isə artım davam edib və qızılın qiyməti troy unsiyası üçün 4504,1 dollar (+2,66%) səviyyəsində qeydə alınıb.
