Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində kadr dəyişikliyi həyata keçirilib.
Polkovnik-leytenant Əlfağa Ağayev Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib və Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə şöbəsinin rəisi təyin olunub.
Bununla əlaqədar FHN-nin fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov daxili xidmət mayoru Ceyhun Ramazanovu Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edib. Ceyhun Ramazanova polkovnik-leytenant rütbəsi verilib.
Oxundu: 15
