🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Salyanda yol qəzası: 8 nəfər xəstəxanaya yerləşdirildi, 2-nin vəziyyəti ağırdır

Salyanda yol qəzası: 8 nəfər xəstəxanaya yerləşdirildi, 2-nin vəziyyəti ağırdır
Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində oktyabrın 7-də saat 15:10 radələrində 8 nəfər — 4 qadın və 4 kişi — Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Azərbaycan.media xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB məlumat yayıb.
Zərərçəkənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentlər müvafiq şöbələrdə müalicə alırlar. Onlardan 2-nin vəziyyəti ağır, 6-nın isə stabil olaraq qiymətləndirilir.