🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Suriyada döyüşlər gedir

Hələbdə Suriya ordusu ilə kürd YPG yaraqlıları arasında toqquşmalar başlayıb.

Azərbaycan.media xəbər verir ki, bu barədə Suriya KİV-ləri məlumat dərc edib.

Məlumata görə, silahlı qruplaşma Suriya hökuməti ilə martın 10-da imzalanmış müqaviləni pozaraq şəhərdəki təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücum edib. Hazırda Şeyx Məqsud və Əşrəfiyə bölgələrində şiddətli döyüşlər gedir.