Azərbaycan.media xəbər verir ki, BSU-da “Xatirələr işığında Heydər Əliyev” adlı kitabın alban dilinə tərcüməsinin təqdimatı keçirilib
Bakı Slavyan Universitetində (BSU) II Beynəlxalq Balkanşünaslıq Konfransı çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr olunan “Xatirələr işığında Heydər Əliyev” adlı kitabın alban dilinə tərcüməsinin təqdimatı keçirilib. Tədbirdə BSU-nun tələbələri, magistrantları, doktorantları və professor-müəllim heyəti iştirak ediblər.
Təqdimatda kitabın müəllifi Əməkdar jurnalist, professor Etibar Babayev çıxışında müasir Azərbaycan reallığının Ulu Öndər Heydər Əliyevin adı, uzaqgörən siyasəti və yorulmaz fəaliyyəti ilə sıx bağlı olduğunu bildirib. Müəllif tədbirdə nümayiş etdirilən Ulu Öndər Heydər Əliyevə həsr olunan video- süjet haqqında qısa məlumat verərək, Heydər Əliyevin siyasi məktəbinin öyrənilməsinin Azərbaycan tarixinin ən ümdə vəzifələrindən olduğunu vurğulayıb.
Kitab alban dilinə Tirana Universitetinin Albanologiya kafedrasının dosenti Lindita Xhanari tərəfindən tərcümə olunub
Sonda müəllif və iştirakçılar arasında müzakirələr aparılıb.
Fuad BİLƏSUVARLI
Mənbə: Azərbaycan.media
