Azərbaycan.media xəbər verir ki, ötən saatlar ərzində Hörmüz boğazından heç bir tanker və ya ticarət gəmisinin keçmədiyi bildirilib.
“Tasnim”in yaydığı məlumata görə, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi rəsmi bəyanat yayıb. Bəyanatda ABŞ rəsmilərinin Hörmüz boğazından ABŞ-a məxsus iki ticarət gəmisinin keçməsi ilə bağlı iddiaları əsassız və yalan kimi qiymətləndirilib.
SEPAH vurğulayıb ki, onların Hərbi Dəniz Qüvvələri tərəfindən elan olunan prinsiplərə zidd hərəkətlər ciddi təhlükə ilə üzləşəcək və qanunları pozan gəmilər saxlanılacaq.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “Azadlıq Layihəsi” əməliyyatı çərçivəsində Hörmüz boğazından ABŞ-a məxsus ticarət gəmilərinin keçdiyini açıqlamışdı.
Oxundu: 16
