🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakı–Hövsan dəmir yolu xətti üzrə layihələndirməyə start verildi

Azərbaycan.media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC Bakı–Hövsan marşrutu üzrə layihələndirmə işlərinə başlayıb.
Bu barədə qurumun Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov məlumat verib.
Onun sözlərinə görə, layihə çərçivəsində həm yeni qatarların alınması, həm də mövcud stansiyaların bərpası, eləcə də dəmir yolunun əsaslı təmiri nəzərdə tutulur.
A.Fərəcov bildirib ki, artıq bu istiqamətdə layihələndirmə işlərinə start verilib və marşrut üzrə işlərin 2030-cu ilə qədər yekunlaşdırılması planlaşdırılır. Qeyd olunub ki, işlərin əsas hissəsinin 2027–2028-ci illərdə tamamlanacağı gözlənilir.