Azərbaycan.media xəbər verir ki, Hindistanın şimalında yerləşən Udampur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yerli mətbuatın məlumatına görə, sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində azı 20 nəfər həyatını itirib, 36 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəza yerində xilasedicilər tərəfindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
