Azərbaycan.media xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərin birindən oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinə istinadən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər – N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar zamanı həmin şəxslərin daxil olduqları evdən ümumi dəyəri 8000 manat olan qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
