🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Elman Tovuzun 65 illik yubileyi Sumqayıtda qeyd olundu

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Ə.Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Poeziya Evində tanınmış şair Elman Tovuzun anadan olmasının 65 illiyinə həsr olunmuş “Vara da şükür de, yoxa da şükür” adlı yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə Ə.Kərim adına Poeziya Klubunun müdiri, şair-tərcüməçi İbrahim İlyaslı açaraq şairin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat verib və qonaqları salamlayıb.
Yubiley gecəsini Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti, şair Əkbər Qoşalı idarə edib.
Tədbirdə millət vəkili Aydın Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, eləcə də şairlər Mikayıl Bozal, Mübariz Məsumoğlu, Zirəddin Qafarlı, Ehtiram İlham, Mənsur Həsənzadə, Ağacəfər Həsənli, Polad İbrahimoğlu, Gülnarə İsrafil və bədii qiraətçi Əli Niyazbəyli çıxış edərək Elman Tovuzun yaradıcılığı, ədəbiyyatımızdakı mövqeyi və sözə sədaqəti haqqında fikirlərini bölüşüblər.
Yubiley tədbirinə aşıqlar da xüsusi rəng qatıb. Elməddin Məmmədli, gənc aşıq Cahid İlyaslı və Roman Azaflı öz çıxışları ilə gecəyə musiqi ovqatı bəxş ediblər.
Sonda ailə üzvləri adından şairin qardaşı Nəriman çıxış edərək tədbirin təşkilatçılarına, qonaqlara və iştirakçılara minnətdarlığını bildirib.

 

Mənbə: Azərbaycan.media