🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çingiz Əhmədov teatr mühitindən gileyləndi: “Bəzi adamlara salam vermirəm”

Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Çingiz Əhmədov teatr sahəsindəki münasibətlərdən və sənət cameəsindəki vəziyyətdən danışıb.
O, “Gün ortası” verilişində çıxışı zamanı bildirib ki, teatr mühitində səmimiyyət və münasibətlər hər zaman istənilən səviyyədə olmur:
“Teatrda elə adamlar var ki, onlara salam vermirəm. Buna layiqdirlər. Yola verirlər, nəsə edirlər, amma olmaz”, – deyə o qeyd edib.
Aktyor əlavə edib ki, gənc həmkarlarına hər zaman dəstək olmağa çalışır və onlarla münasibətdə səmimiyyətə önəm verir:
“Mənim nə qədər imkanım varsa, gənclərə əl tuturam, kömək edirəm. Maddi yox, daha çox mənəvi dəstək oluram. Onlarla özümü elə aparıram ki, səmimiyyət pozulmasın”.
Çingiz Əhmədov sənət aləmində paxıllıq və qeyri-səmimi münasibətlərin olduğunu da vurğulayıb:
“Elə adamlar var ki, sənəti də var, titulu da var, amma onlara salam vermirəm. Deməyəcəyəm kimdir, amma onlar buna layiqdirlər”.
O, həmçinin qeyd edib ki, bəzi insanlar başqalarının uğursuzluğuna sevinir və bu, sənət mühitində mənfi atmosfer yaradır.