🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Hüseyn Cavid” gəmisi tam təmir olunaraq istismara qaytarılıb

Azərbaycan.media xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Hüseyn Cavid” universal quru yük gəmisi uğurla təmir edilib.
Məlumata görə, gəmi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda yüksək keyfiyyətlə və vaxtında tərsanə təmirinə cəlb olunub. Təmir prosesində gəminin baş və köməkçi mühərrikləri, anbar qapaqları yenilənib, dizel generatorları isə yeni ilə əvəz olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik sistemləri, avtomatika və gövdə-qaynaq işləri həyata keçirilib.
Bundan əlavə, gəminin sualtı və suüstü hissələri, göyərtələri və anbar qapaqları təmizlənərək rənglənib. Təmir başa çatdıqdan sonra “Hüseyn Cavid” universal quru yük gəmisi yenidən istismara qaytarılıb.
Qeyd edək ki, gəminin uzunluğu 108,33 metr, eni 16,74 metr, yükgötürmə qabiliyyəti isə 5 200 tondur.