🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şəmkirin bir neçə kəndində qaz təchizatında fasilə olacaq

Azərbaycan.media xəbər verir ki, bu gün Şəmkir rayonunun bir neçə kəndində qaz təchizatında fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Alabaşlı qaz paylayıcı stansiyasının “Könüllü Əhali” çıxış xəttindən qidalanan Qaracəmilli orta təzyiqli daşıyıcı qaz xəttində və həmin xətdən ayrılan qollarda aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə, sabah saat 10:00-dan işlər başa çatanadək Qaracəmilli, Qılıncbəyli, Qaralar və Ağlavaşlı kəndlərində qaz təminatında fasilə olacaq.
Qaz təchizatı dayandırılan müddətdə 2 358 abonentin qaz təminatında problem yaranacağı qeyd olunub.