Azərbaycan.media xəbər verir ki, ABŞ-ın İsraillə birlikdə İrana qarşı mümkün hərbi əməliyyatları Amerika ictimaiyyəti tərəfindən əsasən mənfi qiymətləndirilir.
Bu barədə NORC at the University of Chicago tərəfindən keçirilən sorğunun nəticələrində qeyd olunub.
Sorğuya əsasən, davam edən gərginlik Ağ Ev administrasiyası üçün ciddi siyasi risklər yarada bilər. İştirakçıların 59 faizi Donald Trumpın hücumları genişləndirmək cəhdlərini və hava əməliyyatlarının quru müdaxiləsinə çevrilməsi ehtimalını yanlış addım kimi qiymətləndirib.
Eyni zamanda respondentlərin cəmi 4 faizi Tramp administrasiyasının siyasətini məqbul hesab etdiyini bildirib. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti isə onun müharibə kursundan narazıdır.
Qeyd olunur ki, ictimai narazılıq fonunda 3 noyabrda keçiriləcək ABŞ ara seçkiləri Tramp administrasiyası üçün ciddi sınaq kimi qiymətləndirilir.
