Azərbaycan.media xəbər verir ki, Türkiyəyə məxsus “Altura” adlı neft tankeri Bosfor boğazından 26 kilometr məsafədə dron və pilotsuz sualtı aparatla hücuma məruz qalıb.
Gəmi hücumdan sonra təcili yardım siqnalı verib və Sahil Mühafizəsi dərhal səfərbər edilib. Tanker Novorossiysk limanından 140.000 ton xam neft daşıyırmış və üzərində 27 türkiyəli heyət üzvü olub.
Hücumdan dərhal sonra hadisə yerinə ən yaxın gəmilər və xilasedici qruplar çağırışa cavab verərək yardım göstərib.
Məlumata görə, bu hücumun Ukrayna tərəfindən təşkil olunduğu iddia edilir. Hadisənin dəqiq təhqiqatı aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib.
