🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Cenevrə danışıqlarında irəliləyiş: Umerovdan açıqlama

Azərbaycan.media xəbər verir ki, Ukrayna, ABŞ və Rusiya arasında aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesində müəyyən müsbət nəticələr əldə edilsə də, hazırkı mərhələdə detalları ictimaiyyətə açıqlamaq mümkün deyil.

“Danışıqlarda müzakirə edilmiş qərarların prezidentlərə təqdim olunması üçün növbəti mərhələdə zəruri konsensus əldə edilməlidir. Bizim vəzifəmiz bunun üçün praktiki baza formalaşdırmaqdır. Ukrayna məhsuldar mövqeyini qoruyur və məqsəd ədalətli, davamlı sülhə nail olmaqdır”, – deyə Umerov vurğulayıb.

Qeyd edək ki, ötən iki gün ərzində Cenevrədə Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında danışıqlar keçirilib.