Azərbaycan.media xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərində həyata keçiriləcək.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində təşkil ediləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində keçiriləcək.
İmtahandan bir ay əvvəl zonalara daxil olan şəhər və rayonlar barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi 19 aprel tarixində baş tutacaq.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinə uyğun sınaq imtahanı may ayında keçiriləcək. Həmin ixtisas qrupları üzrə ikinci mərhələnin birinci cəhdi isə may–iyun aylarına təsadüf edəcək.
Qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat aprel–may aylarında aparılacaq.
