🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ekspert: Obamanın yadplanetlilər mövzusunda çıxışları rəsmi açıqlamalara hazırlıq ola bilər

Azərbaycan.media xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi üçün 1990-cı illərdə UNO araşdırmaları aparmış ekspert Nik Poup ABŞ-ın sabiq prezidenti Barak Obamanın yadplanetlilər mövzusunda çıxışlarının səbəblərini açıqlayıb.

Nik Poup bildirib ki, Obamanın sözləri insanları yadplanetlilərlə bağlı ciddi məlumatların açıqlanmasına psixoloji cəhətdən hazırlamaq məqsədini daşıya bilər:

“UNO araşdırmaçıları Obamanın bu sözlərini rəsmi təsdiq kimi qəbul etdi. Bəyanatlar insanları son və rəsmi açıqlamaya alışdırmaq üçün aparılan kampaniyanın bir hissəsi kimi qiymətləndirilir. Hazır olun, qarşıda daha maraqlı hadisələr ola bilər”.

Ekspert əlavə edib ki, ABŞ-ın yaxın gələcəkdə naməlum anomal hadisələrlə bağlı gizli saxlanılan sənədləri dərc etməyə hazırlaşdığı barədə şayiələr dolaşır.