Azərbaycan.media xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 17-19 fevral tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər edəcək.
Mirziyoyev səfər çərçivəsində Sülh Şurasının iclasında iştirak edəcək. Şuranın ilk Zirvə görüşü ABŞ Sülh İnstitutunda keçiriləcək və Qəzza zolağının yenidənqurulması, humanitar yardım, eləcə də regionda sülh və sabitliyin təmin edilməsi məsələləri müzakirə olunacaq.
Səfər zamanı Özbəkistan Prezidenti aparıcı Amerika şirkətləri və maliyyə qurumlarının rəhbərlərinin iştirakı ilə strateji layihələrin təqdimatında və ikitərəfli iqtisadi sənədlərin imzalanma mərasimində iştirak edəcək.
Qeyd edək ki, Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılıb. Özbəkistan bu ilin yanvar ayında Davosda təsisçi üzv kimi Şuraya qoşulub.
