Azərbaycan.media xəbər verir ki, bu gün TƏBİBin icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib. Hazırda səhiyyə ictimaiyyətində əsas müzakirə mövzusu onun yerinə kimin təyin olunacağıdır.
Kuluarlarda müxtəlif adlar hallansa da, əsas namizədlərdən biri kimi Elçin Əmirovun adı çəkilir. O, hazırda Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsini icra edir.
Məlumata görə, ilkin mərhələdə Əmirovun bu posta gətirilmə ehtimalı yüksək qiymətləndirilməyib və bunun üçün müəyyən əsasların olduğu bildirilir. Mənbələr onun bəzi qruplara yaxın fiqur kimi qəbul edilməsinin etimad məsələsinə təsir göstərə biləcəyini iddia edirlər.
Bununla yanaşı, yayılan məlumatlara əsasən, Elçin Əmirovun bir neçə gün əvvəl infarkt keçirdiyi və hazırda səhhətinin stabil olmadığı qeyd olunur. Bu amilin də mümkün təyinat prosesinə təsir göstərə biləcəyi istisna edilmir.
Qeyd olunur ki, proses yalnız bir rəhbərin vəzifədən getməsi ilə məhdudlaşmaya bilər. Kuluarlarda TƏBİB-də və ümumilikdə səhiyyə idarəçiliyində daha genişmiqyaslı dəyişikliklərin planlaşdırıldığı barədə məlumatlar dolaşır.
